Araz Əlizadə namizəd olub-olmayacağını dəqiqləşdirməyib - ÖZƏL

“Hazırda özümü əla hiss edirəm. Səhhətim də normaldır”. Bu sözləri Sherg.az-a açıqlamasında 5-ci çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Partiya sədri 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri barədə də danışıb:

“Namizdəliyimi yenidən verəcəyim barədə hələ düşünməmişəm. Ona görə də seçkilərdə iştirak edib-etməyəcəyimi dəqiq bilmirəm”.

Qeyd edək ki, bir müddət öncə Araz Əlizadə böyrəyindəki problemlə əlaqədar olaraq xəstəxanaya yerləşdirilmişdi.