"Əsas məsələ ölkəmizdəki abadlıq, sabitlik, əmin-amanlıqdır" - Aqil Abbas


Prezident İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxış edib. Ölkə başçısı çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub.

Prezident idmanın kütləviliyinin təbliği  sahəsində maarifləndirmə işlərinin səviyyəsinin yüksəldilməsinin zəruriliyini bildirib və  KİV-lərin fəaliyyətini gücləndirməsinə ehtiyac olduğunu vurğulayıb.

Azərbaycanda idmanın inkişafına dövlət dəstəyi, idmançılarımızın əldə etdiyi uğurlar hər zaman göz qabağında olub. Təbii ki, bütün bunlar ölkə başçısının düzgün və uğurlu siyasətinin nəticəsidir.

Milli məclisin 5-ci çağırış deputatı Aqil Abbas Sherg.az-a açıqlamasında bildirib ki, Cənab Prezidentimizin idman sahəsinə göstərdiyi diqqət və qayğı heç bir ölkədə göstərilməyib:

“Hər kəsin Azərbaycanda idmanın hansı səviyyədə olmasından xəbəri var. Olimpiya və dünya çempionlarımız, şahmatda qalib gələnlərimiz, volleyboldakı uğurlarımız hər kəsə bəllidir. Ölkəmizdə Bakı İslam Oyunları və Avropa oyunları keçirildi. Ölkə başçısı hər zaman idmana xüsusi diqqət göstərib. Həmçinin Avropanın final oyunu Bakıda keçirildi. Bu elə belə hadisə deyil. Ölkəmizdə yarışların keçirilməsinin tək səbəbi gözəl stadionun olması ilə bağlı deyil. Stadion hər yerdə ola bilər. Əsas məsələ ölkəmizdəki abadlıq, sabitlik, əmin-amanlıqdır. Eyni zamanda qonaqpərvərlik və insanlarımızın sevgisi gələn qonaqların diqqətini cəlb edir. İdman qorxulu bir sahədir, çünki idmançıların təhlükəsizliyi məsələsi var. Oyunlara müxtəlif ölkələrdən 20-30 minə yaxın adamlar gəlir. Onların da təhlükəsizliyi önəmlidir. Azərbaycanın təhlükəsizlik orqanları yüksək səviyyədə hazırdılar. Ölkəmizə gələn insanlar gördülər ki, Azərbaycanda əmin-amanlıq, rahatlıq var. Bütün bunlar isə Cənab Prezidentin xidmətləri sayəsində baş verir”.