YAP-ın siyahısında olan namizəd: "Etimadı ən yüksək..."

"Bu gün ölkəmizin ən böyük siyasi birliyi olan Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə iştirak edəcək namizədlərinin adını açıqladı. Bu siyahıda mənim adımın olmasını partiyamızın mənim fəaliyyətimə verdiyi yüksək diqqət və dəyər hesab edirəm".

Sherg.az-ın xəbərinə görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasından Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə namizədliyi irəli sürülmüş Sərraf Balaxan deyib.

O, partiya rəhbərliyinə təşəkkür edib:

"Başda sədrimiz cənab Prezident İlham Əliyev olmaqla minnətdarlığımı bildirirəm. İnşallah bu seçkilər də partiyamızın qələbəsi ilə əlamətdar olar. Bu yolda bizə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa hazırıq. Siyahıda yer alan gənc dostlarımı da ürəkdən təbrik edirəm, hər birinə uğurlar arzulayıram!". 

Qeyd edək ki, YAP bu gün Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə namizədlərinin siyahısını açıqlayıb. 123 nəfərlik namizəd siyahısında S.Balaxanın da adı var. 

Xatırladaq ki, seçkilər 2020-ci ilin fevral ayının 9-da keçiriləcək.