2019-cu ilin inanılmaz ixtirası...  - Bu dronu Avropada əl-əl gəzirlər -Fotolar 



Standart selfi və selfi çubuqundan sonra, bazarda yeni bir aparat kəşf olunub. Bu kamera kimi istifadə olunacaq pilotsuz drondur. Təsəvvür edin, cibinizdə min fərqli şəkildə istifadə edə biləcəyiniz bu kiçik pilotsuz təyyarəni istədiyiniz zaman və harada olursunuzsa olun istifadə edə bilərsiniz. Bu gün dünyada milyonlarla insan bir-birindən inanılmaz selfi çəkib, onları sosial şəbəkələrdə paylaşırlar.

"Sherg.az" "dailygadgetreviews.com/fr"ə istinadən xəbər verir ki, bu selfiləri isə çox vaxt selfi çubuqları ilə həyata keçirirlər ki, bəzən də bəxdbəxt hadisə ilə üzləşirlər. Amma indi bu problem də aradan qalxacaq.

Bu dronlar digər dronlardan fərqli olaraq, telefonlarla eyni ölçülüdür və istifadəsi çox asandır . Şübhəsiz ki, hər kəs üçün hazırlanan ilk pilotsuz təyyarədir. Mümkün olmayan nöqtələrdən video yaradır və insanları heyrətləndirici görüntülərlə heyran edir!

Bu ən gözəl selfie üçün ən mükəmməl aparatdı. 

Bu dronlarl 2 mühəndis düşünüb və tərtib edib. Köhnə dronların çox böyük, ağır və gücsüz olduğunu görüb, kompakt pilotsuz təyyarəni hazırlayıblar.  Yeni dronlar möhkəm, istifadəsi asandır. Və ən yaxşı tərəfi odur ki, uçmağı çox asandır. Nəzarətlər intuitivdir.