YAP-ın namizədi: “Hər seçki növbəti demokratiya yarışıdır”

“YAP həmişə olduğu kimi növbəti seçkilərə də layiqli namizədləri ilə gedir”. Bu fikirləri Sherg.az-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Baş redaktor bildirib ki, hər bir seçki növbəti demokratiya yarışıdır:

“Diqqət etsək görəcəyik ki, YAP-ın namizədləri hazırkı mərhələdə ölkəmizdə həyata keçirilən islahatlar siyasətini dəstəkləyə biləcək, inkişafımızın gətirdiyi yeni mərhələdə ali qanunverici orqanda məhz yeni keyfiyyət dəyişikliyi yarada biləcək potensiala sahib olan namizədlərdir. Əminəm ki, bu namizədlər YAP-ın etimadını doğruldacaq, öz fəaliyyətləri ilə ona layiq olacaqlar. Parlamentin tərkibinə diqqət etsək görəcəyik ki, 2020-2025-ci illərdə YAP-ı ali qanunverici orqanda təmsil edəcək namizədlərin tərkibi gənclərdən və qadınlardan ibarətdir. Düşünürəm ki, bu da həmişə olduğu kimi YAP-ın öz ənənələrinə sadiq qaldığının göstəricisidir. YAP növbəti siyasi mübarizəyə layiqli namizədlərlə gedir. Ona görə də yenidən öz qələbəsini təmin etməyi bacaracaq”.