Dövlət Yanğın Nəzarəti Xidməti gücləndirilmiş iş rejiminə keçdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Sherg.az-a Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti məlumat verilib.

Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində baş verə biləcək yanğın və partlayış hadisələrinin qarşısının alınması və belə hadisələrdən dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə tədbirlər görülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində, eyni zamanda, respublikanın digər şəhər və rayonlarında yaşayış binalarının zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən 1500-dən çox obyektdə yanğına qarşı maarifləndirmə tərdbirləri çərçivəsində sahibkarlarla görüşlər keçirilib.

Əməkdaşlarımız tərəfindən aparılmış izahat işlərinin nəticəsi olaraq 185 propan qaz balonu partlayış təhlükəliliyi nəzərə alınaraq, sahibkarlar tərəfindən könüllü olaraq obyektlərdən uzaqlaşdırılıb. 

Bu sahədə tədbirlər davam etdirilməkdədir.