ATV-yə icraçı direktor təyinatı olub

"Azad Azərbaycan" MTRK-nın prezidenti Azər Xəlilov, bu gün kanalın icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı əmr imzalayıb.

Sherg.az-ın xəbərinə görə, əmrə əsasən, teleradio kampaniyasının İcraçı direktoru vəzifəsinə Ismail Hasanov təyin olunub.

Xatırladaq ki, İsmayıl Həsənov bu təyinata qədər "ARB Media Qrup"un Strateji inkişaf və Marketinq direktoru vəzifəsində çalışıb.