Gənc politoloq YAP-ın namizədinə dəstək verəcək

Gənc politoloq Zeynal Əmralıyev, Yeni Azərbaycan Partiyasının 109 saylı Balakən seçki dairəsinin namizədi, keçmiş deputat Nəsib Məhəməliyevin komandasının üzvü olacaq. 

Siyasi şərhçi seçki təcrübəsi qazanmaq üçün marafona qoşulmaq qərarı aldığını deyib:

"Bu seçkilərdə iştirak edəcəm. Nəsib bəyin 14 illik icra başçısı, 5 illik deputatlıq təcrübəsi var, rayonda nüfuzu böyükdür. Peşəkar idarəçilik qabiliyyətinə malik siyasətçidir. Buna çox inanıram ki, mən bu seçkidə böyük təcrübə qazanacam. Nəsib bəy isə inamlı bir qələbə qazanacaq. Hər kəsə uğurlar. Bütün Balakən camaatını aktiv şəkildə seçkiyə qatılmağa səsləyirəm".