Təhsil ekspertinin deputatlığa namizədliyi qeydə alındı: "Tək istəyim..."

Tanınmış təhsil eksperti, tarixçi-alim Kamran Əsədovun deputatlığa namizədliyi DSK tərəfindən qeydə alınıb.

Sherg.az-ın xəbərinə görə, bu barədə K.Əsədov özü məlumat verib.

Ekspert 61 saylı Neftçala Seçki Dairəsindən 9 fevralda keçirləcək parlament seçkilərində qeydə alınmış ilk və hələki tək namizəd olduğunu bildirib: 

"9 fevralda da bunun təkrar olması arzusu ilə bu gündən etibarən böyük komanda ilə seçki marafonuna başlayırıq. Hər bir neftçalalı fərqi, üstünlüyü görəcək, hiss edəcək. Tək istəyim, fəaliyyətim Neftçalamızın inkişafı, Milli Məclisdə təhsil qanunvericiyinin təkmilləşdirilməsi, müəllimlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, rayonlarda işsizliyin aradan qaldırılması, məktəb-baxça, xəstəxana tikintisi, məmurların vətəndaşa xidmətinin keyfiyyətinin artırılması, bəzi qəsəbə sakinlərinə dövlət fondundan torpaq sahəsinin ayrılması və sair önəmli istiqamətlər olacaq".