Kamil Musavi deputatlığa namizəd oldu: Fəzail Ağamalı ilə yarışacaq

Qarabağ qazisi Kamil Musavi növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Sherg.az-ın xəbərinə görə, Kamil Musavi namizədliyini 60 saylı Salyan-Neftçala seçki dairəsindən irəli sürüb. O, Hazırda imzatoplama kampaniyası keçirir. 

Qeyd edək ki, K.Musavi 2015-ci ilin oktyabr ayında Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib.

Xatırladaq ki, həmin dairənin deputatı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır. F.Ağamalı bu dəfə də namizədliyini eyni dairədən irəli sürüb. 

Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.