Kamran Həsənlidən aparıcı həmkarlarına mühüm təklif:"Hər verilişin sonunda..."

Tanınmış jurnalist və teleaparıcı Kamran Həsənli maraqlı təkliflə çıxış edib. 

"Sherg az" xəbər verir ki, o, bütün aparıcı həmkarlarına xitab edərək bildirib ki, bütün verilişlərin sonunda "Təbrizə salam, Tanrı Bütöv Azərbaycanı qorusun" ifadələri ilə vidalaşsınlar:"Bu ifadələri şüara çevirək və bu, olduqca vacibdir".

Qeyd edək ki, K.Həsənli "Space" telekanalında aparıcısı olduğu "Onda Başladıq" verilişini sözügedən ifadələrlə sonlandırır.