Tanınmış jurnalistin namizədliyi qeydə alındı: Müşahidəçi axtarır

Tanınmış jurnalist, "Bakı Metropoliteni"-nin mətbuat xidmətinin sabiq rəhbəri Nəsimi Paşayevin deputatlığa namizədliyi rəsmən qeydə alınıb.

Sherg.az-ın xəbərinə görə, bu barədə jurnalist özü məlumat verib.

Deputatlığa namizəd seçki məntəqələrinə müşahidəçi axtardığını yazıb:

"Gözəl yurdumun mərd insanları! Bildiyiniz kimi, Milli Məclisə keçiriləcək seçkilərdə 49 saylı Yevlax - Mingəçevir seçki dairəsindən namizədliyim təsdiqlənib. Artıq ən çətin mərhələyə qədəm qoymuşuq. Bu çətin və olduqca da şərəfli işdə komandamıza yardım edə biləcək dostlara ehtiyacımız var. 09 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə 38 məntəqəsi olan 49 saylı dairə ərazisində müşahidəçi axtarırıq. Bu işdə bizə kömək edə biləcək dostların şəxsi mesaj bölməsinə yazmaları xahiş olunur".

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.