“Rəsulzadə ev-muzeyi” səhifəsi ilə bağlı xəbərdarlıq: “Bu səhifədən siyasi və başqa məqsədlər üçün istifadə...”

Professor Qulu Məhərrəmli “Rəsulzadə ev-muzeyi”nin Feysbuk səhifəsi ilə bağlı xəbərdarlıq edib. 

Sherg.az-ın xəbərinə görə, Q.Məhərrəmli qeyd edib ki, səhifə ilə bağlı dəvətini qəbul edən dəyərli dostlara təşəkkür edir: 

“Bu, açıq səhifədir, istənilən şəxs qoşula bilər. Lakin heç kəsin bu səhifədən siyasi və başqa məqsədlər üçün istifadə etməsi mümkün olmayacaq. Əsasən elm, təhsil və mədəniyyət xadimlərimdən ibarət olan 101 nəfərlik “İctimai qrup” heç bir kənar məqsəd güdmədən yalnız Cümhuriyyət banisi Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyini yaratmaq və onun irsini toplamaq istiqamətində iş aparır”.

Qeyd edək ki, bir müddətdir ki, ölkənin ictimai-siyasi şəxsləri "Borcumuzu qaytaraq - Rəsulza ev muzeyi" adlı kampaniya başladıblar. Kampaniyanın məqsədi, Azərbaycan Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılmasına nail olmaqdır.