Dəhşətli qətl: Həkimlə ərinin meyitləri evlərində aşkarlandı – FOTO

Türkiyənin Alanya şəhərində klinika sahibi olan, 57 yaşlı həkim Ləman Ege ilə 66 yaşlı əri, Almaniya vətəndaşı İssam Skafın mənzillərində ölü tapılması ilə bağlı geniş araşdırma aparılır. 

Sherg.az Türkiyə mətbuatına istinadən bildirir ki, Alanyanın Qonaqlı məhəlləsindəki özəl klinika sahibi olan həkim Ləman Egedən xəbər ala bilməyən yaxınları, polisdən kömək istəyiblər. Polislər həkimin yaşadığı evə gəlib, qapını açan olmadığı üçün, çilingərin köməkliyi ilə qapını açıblar. Yataq otağında Ləman Egenin yerdə meyitini görən polislər, evdəki pilləkandan mələfə ilə asılmış bir kişi cəsədi ilə də rastlaşıblar. Araşdırmalar nəticəsində məlum olub ki, asılan kişi Almaniya vətəndaşı İssam Skafdır. Ləman Ege ilə İssam Skafın bir müddətdir ki, dini nikahla evli olduğu ortaya çıxıb. 

Polis incələməsindən sonra məlum olub ki, xanım Ege başından küt alətlə zərə nəticəsində öldürülüb. İki gün əvvəl öldüyü təxmin edilən Ege və Skafın meyitləri morqa aparılıb. 



Qardaşı öldürüldü, atası intihar etdi, anası xərçəngdən vəfat etdi...


Ərindən boşanan Ləman Egenin təxminən 2 il əvvəl təqaüdə çıxdığı, daha sonra Alanyanın Qonaqlı məhəlləsində bir tibb mərkəzi açdığı məlum olub.

Alanyada bir çox sosial layihələrdə iştirak edən Ləman Ege, həmçinin yardıma möhtaclar üçün konsertlər təşkil edən Alanya Xalq Musiqi Cəmiyyətində mahnılar oxuyurmuş. 

Egenin atası  Muhsin Ege 2001-ci ildə biznesində iflasa uğrayıb. Bundan sonra o, “kokoreç” sataraq bir müddət dolanışığını təmin edib. Sonra depressiyaya düşən Muhsin Ege elə həmin il “böyük bir var-dövlət məhv oldu. Artıq intihar etmək mənə haqqdır. Əlvida sevdiklərim. İntiharıma görə, Allahım məni bağışlasın. Ölümümdə kimsə günahkar deyil” yazaraq, iki qutu dərman içib, həyatına son qoyub. 

Ləman Egenin anası isə bu hadisədən bir müddət sonra xərçəng xəstəliyinə tutularaq vəfat edib. 

Qardaşı, radiologiya mütəxəssisi Aykut Ege isə 2003-cü ildə İstanbul Olimpiya Stadionu yaxınlığında  əl və ayakları donuz bağı ilə bağlandıqdan sonra başından 2 güllə vurularaq öldürülüb. 

Onu da bildirək ki, Egenin birinci ərindən iki oğlu var, biri hazırda Rusiyanın Moskva şəhərində tibb təhsili alır. 

Alanya Cümhuriyyət Prokurorluğu tərəfindən hadisəylə bağlı detallı araşdırma aparıldığı bildirilib. 



Bir ildə 474 qadın öldürülüb


Hadisə ilə bağlı Antalya “Təbib Odası” tərəfindən açıqlama yayılıb. Qadına qarşı cinayətlərin qınandığı açıqlamada bu ifadələrə yer verilib: 

“Hamımızın başı sağ olsun! Bu olay Türkiyədə təəssüf ki, qadına qarşı şiddətin örnəyidir. “Qadın Cinayətlərinin Qarşısı Alınacaq” Platformasının araşdırmasına görə, 2019-cu ildə 474 qadın öldürülüb. Qadınların yüzdə 21-i evli olduğu kişi tərəfindən, yüzdə 7-si boşandığı, yüzdə 7-si isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən qətlə yetirilib. Şiddət yaradan səbəblər dəyişmədikcə, cəzasızlıq qaldıqca, qadınların vəhşicəsinə öldürülməsi halı davam edəcək. Ölümə qarşı yaşamağı müdafiə edən bir peşənin üzvləri olaraq bizlər də qadın cinayətlərinə “yox” deməkdə davam edəcəyik. Başda dövləti idarə edənlər olmaqla, aidiyyati orqanları, qadın cinayələrinin qarşısının alınması məsələsində təsirli addımlar atmağa dəvət edirik”.