Eldəniz Vəliyev sayt rəhbərliyindən getdi: "Maliyyə problemi..."

Tanınmış jurnalist Eldəniz Vəliyev Redaktor.az saytının baş redaktorluğundan ayrılıb. 

Sherg.az-ın xəbərinə görə, bu haqda baş redaktorun özü məlumat verib:

"Redaktor.az qısa müddət ərzində əksər saytların illərlə əldə edə bilmədiklərinə sahib ola bildi. Bu iş kollektiv əmək tələb etdiyindən, hər bir əməkdaşın bu uğurda xüsusi bir rolu oldu. Ancaq reklam bazarının mövcud reallığı bizi müəyyən mənada maliyyə problemi ilə üz-üzə qoydu.

Nəticədə bir neçə gün əvvəl qərar verdik ki, müvəqqəti olaraq, az heyətlə sayt fəaliyyətini davam etdirsin. Mən təəssüf hissi ilə doğma saytımızdan ayrılmaq məcburiyyətində qaldım. Başda dostumuz, təsisçimiz olmaqla, ilk gündən bu günə qədər saytımızda adı keçən hər kəsə uğurlar arzu edirəm. İnanıram ki, hər şey yaxşı olacaq!!!".