Flora Kərimovanın səhhəti pisdir?

Səhhətimin pisləşməsi ilə bağlı yayılan xəbərlər əsassızdır.

Bu sözləri Kult.az-a açıqlamasında xəstəxanaya yerləşdirilməsi barədə yayılan xəbərlərə münasibət bildirən xalq artisti Flora Kərimova deyib. O bildirib ki, hazırda evdədir və özünü yaxşı hiss edir:

“Dünən müayinə olunmaq üçün xəstəxanaya getdim və lazımı müayinələrdən keçib evə qayıtdım. Amma bəzi saytlar yazıb ki, Flora xanım xəstəxanada yatır, vəziyyəti pisdir. Bu xəbərlər əsassızdır. Hər şey qaydasındadır”.