Qadını 6 yerindən bıçaqladı: Meyitin şəkillərini keçmiş arvadına göndərdi

Türkiyənin paytaxtı Ankarada bir qadın 6 yerindən bıçaqlanaraq öldürülüb.

Sherg.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Ankaranın Sincan qəsəbəsində yerləşən bina evində baş verib. 

İddialara görə, Ali K. Ilə Füsun A. Birlikdə Fırat küçəsindəki bir evə gəliblər. Gecə saatlarında hələlik bilinməyən səbəbdən kişi ilə qadın arasında dava olub. Dava böyüdükdən sonra Ali K. Mətbəxtdən götürdüyü bıçaqla, Füsun A-nı 6 yerindən bıçaqlayıb.

Bundan sonra Ali K. Törətdiyi hadisəni polisə bildirib. Polislər Ali K.-nı saxlayıblar, Füsun A-nın cəsədi isə morqa aparılıb. 

Maraqlı məqam odur ki, Ali K Füsun A-nı öldürdükdən sonra telefonla çəkdiyi meyit görüntüləri keçmiş arvadına göndərib. Hadisə ilə bağlı araşdırma aparılır.