Vüqar bir kuplet deyir, Ağamirzə qafiyəni dayandırır – Qalmaqal? + Video


Toyların birində meyxanaçı Vüqar Biləcəri bir kuplet deyir və digər meyxana ustadı Ağamirzə Məmmədov qafiyəni yarımçıq saxlayır.
“Sherg.az” xəbər verir ki, həmin video Yutubda 194 min baxış sayı qazanıb.  
Belə ki, A.Məmmədov  “Yolumuz Ağasəlim Çildağ yoludur, Meyxana folklorun bir qoludur” qafiəsini açıb. Bu qafiəyə ilk olaraq V.Biləcəri bir kulpet deyib. Kulpeti təqdim edirik:

Hamı bilir rütbədə əla Hüseyn 
Haqq şüarımdır mənim Ya Hüseyn 
Kərbəla şəhidi mövla Hüseyn
O bir aşiqdi, vəfa simvolodur 
Yolumuz Ağasəlim Çıldaq yoludur.

Bundan sonra başqa bir meyxanaçı da söz demək istəsə də Ağamirzə qafiyəni dayandırır və bildirir:
“Meyxanada belə bir ənənə var. Yaxşı sözdən sonra heç kim söz deməməlidir.
Bundan sonra A.Məmmədov V. Biləcəriyə “sağ ol” deyir və xiridarlardan Vüqar üçün alqış istəyir”.