AZAL və “Buta Airways” İrana uçuşlarla bağlı məlumat yaydı

AZAL və “Buta Airways” aviaşirkətləri hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti xəbər yayıb.

“O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır”, - deyə QSC-dən qeyd edilib.

Qeyd edək ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb. İlkin məlumatlara görə, göyərtədə 167 sərnişin və doqquz heyət üzvü olub.

Qurbanlar arasında İran, Kanada, Almaniya, İsveç, Əfqanıstan və Ukraynadan vətəndaşlar olub.