Fərid Şahbazlı da deputat olmaq istəyir: “Cənab Prezidentimizin çağırışından güc aldım”

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, tanınmış gənc fəal Fərid Şahbazlı da parlament seçkisində deputatlığa namizədliyini irəli sürüb. 

Sherg.az-ın xəbərinə görə, Fərid Şahbazlı 78 saylı Lerik seçki dairəsindən deputat olmaq niyyətindədir: 

“Dəyərli dostlar, hörmətli həmkarlar! Cənab Prezident İlham Əliyevin “Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar” çağırışından güc alaraq, Azərbaycanda 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkar parlament seçkilərində iştirak etmək qərarı verdim.

Əslən Lerikdən olan bir gənc kimi vətəndaşlarla tək-tək görüşərək topladığımız 500 imzanı 78 saylı Lerik seçki dairəsinə təqdim etdik. Gənc namizəd olaraq, mənə imza verən, dəstəyini ifadə edən bütün dəyərli Leriklilərə təşəkkür edir, onların etimadına layiq olmaq üçün mümkün olan hər şeyi edəcəyimizə söz verirəm!”.