İcma rəhbərinin deputatlığa namizədliyi qeydə alındı

Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin namizədliyi qeydə alınıb.

Sherg.az-ın xəbərinə görə ilk dəfə seçkilərə qatılan T. Gəncəliyevin namizədliyi üçün toplanan imza vərəqələri 122 saylı Dairə Seçki Komissiyası tərəfindən qəbul olunub, araşdırmadan sonra qeydə alınıb. 

Xatırladaq ki, həmin dairənin keçmiş deputatı Flora Qasımova bu dəfə namizədliyini irəli sürməyib.