Deputatdan sərt sözlər: “Həmin hindlilər tapılıb dərhal ölkəmizdən deport edilməlidirlər” - VİDEO

Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər Xiyabanında klip çəkdirib. Sosial şəbəkədə paylaşılan video-görüntülər geniş müzakirələrə və etirazlara səbəb olub. 

Şəhidlər Xiyabanındakı qəbirlərin önündən saymazyana və şən şəkildə qaçan hindli gənclərin orada necə çəkiliş aparmaları isə müəmmalıdır. Xiyabanı qoruyan mühafizə xidmətinin çəkilişə mane olmaması da ictimaiyyətdə narazılıq yaradıb.   

Sherg.az-ın xəbərinə görə, etiraz doğuran hadisəyə V Çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə də münasibət bildirib. 



Aydın Mirzəzadə: “Hindistanın Azərbaycandakı səfirliyinin nəzərinə çatdırılmalıdır ki...”

 
Deputat vurğulayıb ki, Azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməzdir: 

“Hesab edirəm ki, bu məsləyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılıb dərhal ölkəmizdən deport edilməli və uzun müddət Azərbaycana gəlmələrinə qadağa qoyulmalıdır. Eyni zamanda Hindistanın Azərbaycandakı səfirliyinə bura səfər edən vətəndaşlarına Azərbaycanın tarixinə, dəyərlərinə hörmət edilməsini xatırlatması nəzərlərinə çatdırılımalıdır”.