Xalq şairinin müalicəsi davam edir: “Məndən narahat olmasınlar”

“İndi özümü yaxşı hiss edirəm. Müalicəm davam edir”.

Bu sözləri Sherg.az-a uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq şairi Musa Yaqub deyib. 

Şair bildirib ki, yeriyə bilmir, çətinlik çəkir: 

“Gəzməyimdə yenə problemlər var. Yaxşı yeriyə bilmirəm, çətinlik çəkirəm. Amma ümumi vəziyyətim yaxşıdır, müalicəm gedir. Bu yaşda adam nə qədər yaxşı ola bilərsə o qədər yaxşıyam. Dostlarıma, məni sevənlərə deyim, məndən narahat olmasınlar”.

Qeyd edək ki, Musa Yaqub uzun müddətdir ki, parkinson xəstəliyindən əziyyət çəkir.