“ELS” parlament seçkilərini də müşahidə etməyəcək

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi bu il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində müşahidə aparmayacaq.

Bu barədə Sherg.az-a açıqlamasında “ELS” Müstəqil Araşdırmalar Mərkəzi rəhbəri İradə Yaqubova  məlumat verib.

O bildirib ki, “ELS” Müstəqil Araşdırmalar mərkəzi parlament seçkiləri ilə bağlı müşahidəçi qismində çıxış etməyi və monitorinq aparmağı düşünmür. İ.Yaqubova bunun səbəbini açıqlamayıb. 

Xatırladaq ki, sözügedən təşkilat bundan əvvəlki seçkilərin əksəriyyətində geniş müşahidə missiyasını yerinə yetirib. 

Onu da qeyd edək ki, “ELS” ötən il dekabrın 24-də keçirilən bələdiyyə seçkilərində də fəaliyyət göstərməyib.