Yenə Bakıya gəlir: Bir günlük çəkilişdən 100 min dollar qazanmışdı


Türkiyəli model Özge Ulusoy yenidən Azərbaycana gələcək.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə türk mətbuatına müsahibəsində danışıb:

“Yeni layihələrim olacaq. Azərbaycanda brendlərdən birinin simasıyam, bu səbəbdən tezliklə oraya gedəcəm”.

Qeyd edək ki, model ölkəmizə ötən ilin sentyabrında siması olduğu tekstil brendinin reklam çəkilişi üçün gəlmişdi. “Takvim” qəzeti Ö.Ulusoyun Bakıda bir günlük çəkilişdən 100 min dollar (170 min manat – red.) qazandığını iddia etmişdi.