"Azərbaycanın beynəlxalq nüfuzu artır"

“Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz və qlobal əhəmiyyətli forumların keçirilməsi ölkəmizin beynəlxalq aləmdə malik olduğu yüksək imicin göstəricisidir”


“Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi siyasəti bir neçə mərhələyə bölmək olar. Bura iqtisadi, siyasi, hərbi və həm də kadr sahəsində islahatlar daxildir”. 

Bunu “Sherg.az”a  analitik Arzu NHağıyev  Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi “2019-cu ildə Azərbaycanın beynəlxalq əlaqələri möhkəmlənmişdir” fikrinə münasibət bildirərkən  deyib. 

A.Nağıyev diqqətə çatdırıb ki, bütün bu islahatların əsasında Azərbaycanın inkişafının daha da gücləndirilməsi,beyəlxalq nüfuzumuz artması,  müstəqilliyimizə və suverenliyimizə olan təhdidlərin qarşısının alınması, Azərbaycan vətəndaşının rifahının daha da yaxşılaşması dayanır:

“Məlumdur ki, əsas islahatlardan biri də iqtisadi sahədədir. Belə ki, bu ölkəmiz bir sıra qlobal əhəmiyyət daşıyan, həmçinin neft strategiyası ilə bağlı olan çox mühüm layihələrdə iştirak edir. “Şahdəniz”lə bağlı, TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan kimi layihələr, “Əsrin kontraktı”nın müddətinin uzadılması məsələsi məhz dövlətimizin başçısı İlham Əliyevin apardığı iqtisadi islahatların əsaslarından biridir”.

Siyasi sahədə qazanılan uğurlara diqqət çəkən politoloq vurğulayıb ki, Azərbaycan bu gün bir sıra beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq əlaqələrinə malikdir.

Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz və qlobal əhəmiyyətli forumların keçirilməsi ölkəmizin beynəlxalq aləmdə malik olduğu nüfuzun göstəricisidir.

Qonşuluq siyasətini qorumaq, eyni zamanda, ikitərəfli tərəfdaşlıq etmək, ikitərəfli strateji əhəmiyyətli sənədlərin imzalanması çox mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu gün ölkəmizdə aparılan islahatların əsasında Prezident İlham Əliyevin prinsipial siyasəti dayanır.

Azərbaycan beynəlxalq miqyasda qazandığı uğurlar, ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi istiqamətində görülən bütün işlər, həyata keçirilən islahatlar dövlətimizin başçısının apardığı uğurlu daxili və siyasətin nəticələridir”.