Deputatlığa namizədliyi qeydə alınanların sayı 1396 oldu

Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərdə 1396 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

Qeyd edək ki, parlament seçkilərində iştirak etmək üçün 2431 namizəd müraciət edib.

Xatırladaq ki, növbədənkənar seçkilər 9 fevralda keçiriləcək.