Vatikanda ilk dəfə olaraq qadına yüksək vəzifə verildi

Roma Papası Fransisk 66 yaşlı Françeska Di Covannini dövlət katibinin müavini təyin edib.

ANSA-nın verdiyi məlumata görə, o, dövlət tarixində Vatikanın Dövlət Katibliyində yüksək vəzifəyə təyin edilən ilk qadın olub.

Di Covanni otuz ildir Vatikanda işləyir. Son iyirmi yeddi ildə o qaçqın problemləri, beynəlxalq humanitar hüquq, əqli mülkiyyət, turizm və qadın hüquqları məsələləri ilə məşğul olub.

Qeyd edək ki, bundan əvvəl Roma Papası Fransisk Roma Katolik Kilsəsində qadınların rolunun artması ilə bağlı dəfələrlə çıxış edib.