Yunis Səfərovun məhkəmə prosesi fevralın 17-dək uzadılıb


Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxır.

Prosesdə vəkil Bəxtiyar Hacıyevin təqsirləndirilən Yunis Səfərovun müdafiəsinə qoşulduğu elan edilib. Təqsirləndirilən şəxslər və vəkillər prosesin auido və video çəkilişlə aparılması ilə bağlı vəsatət veriblər, lakin vəsatət təmin edilməyib.

Y.Səfərov buna etiraz edib və hakim yerindən danışdığı üçün ona xəbardarlıq edib.

Proses fevralın 17-də davam etdiriləcək.