Xalq artisti yenidən xəstəxanaya yerləşdiriləcək - VƏZİYYƏTİ...


Xalq artisti Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdiriləcək. Bu barədə Lent.az -a Xalq artistinin müğənni qızı Səidə Dadaşova xəbər verib. O bildirib ki, atasının vəziyyəti normaldır:
“Rafael bəy hazırda ev şəraitində müalicə olunur. Həkimlərin nəzarətindədir. Ciyərinə su yığılmışdı, onu da çəkdilər. İndi dərmanlar, iynələr qəbul edir. Şükürlər olsun, müalicəsi müsbət istiqamətdə gedir. Amma yaxın günlərdə yenidən xəstəxanaya yerləşdiriləcək. Müalicəsi orada davam edəcək”.

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.