Küçə pişiyini kürək çantasında gəzdirir - FOTO


 Türkiyənin Kütahya bölgəsində yaşayan Mehmet Demiryılmaz (42) qapısına gələn küçə pişiyini kürək çantasında daşıyır.

Sherg.az türk mediasına istinadən xəbər verir ki,  Mehmet Demiryılmaz  pişiyi yalnız işə gedən zaman evdə buraxır. Qalan vaxtlarda bir an olsun yanından ayırmır. Qısa müddətdə pişiyinə alışdığını ifadə edən Demiryılmaz, "İşdən gələndən sonra çanta ilə küçədə yanımda gəzdirirəm. Həm bazarda işlərimi görürəm, həm də ona hava aldırıram" deyə sözünə davam edir: 

 "Evdə tək yaşayırdım. 2019-cu ilin son günü gecəsi çölə çıxanda ayağıma bir şey dəydi. İlk anda qorxdum və bir də baxdım ki, pişik balası qapıma gəlib. Hələ 5 və ya 6 aylıq olduğunu baytarlardan öyrəndiyim.  Mən də  küçədə qalmasın deyə ona sahibləndim. Peyvənd etdirdim. Ən yaxşı şəkildə baxmağa çalışıram. Həssas olub gözəl bir nümunə oldumsa nə xoşbəxt mənə. İnşallah, hər kəs bizim kimi düşünür. İşə gedəndə pişik 8 saat evdə tək qalır. İşdən qayıdanda çanta qoyub, küçədə yanımda gəzdirirəm". 

Turan