Məşhur futbolçunu təcavüzdə ittiham edən model həbs edildi

İspaniya polisi rusiyalı model Luiza Kremlevanı həbs edib. Bununla bağlı “Marca” nəşri məlumat yayıb. 

Bildirilib ki, model təcavüzlə bağlı polisə yalan məlumat verdiyi üçün tutulub. 

Məlumatlara görə, Kremleva İtaliyanın “Milan” klubunun fransalı müdafiəçisi Teo Hernandesi təcavüzdə ittiham edirdi. 

Model ittihamında bildirirdi ki, 2017-ci ilin iyununda Marbelidəki gecə klublarından birində futbolçu ona hücum edib. O, Hernandesin həmin vaxt ona narkotik maddə verdiyini deyib.

Aparılan araşdırmalar zamanı modelin qanında narkotik aşkarlanmayıb. 

İstintaq futbolçu ilə model arasında intim münasibətlərin olduğunu qeyd edib. Ancaq bu münasibətlər qarşılıqlı razılıq əsasında olub. 

İndi modeli yalan məlumat verdiyi üçün həbs cəzası gözləyir. 

Kremleva qərardan apellyasiya şikayəti verib.