Deputatlığa namizədlərin təşviqat kampaniyası başladı

Bu gündən fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləriylə bağlı namizədlər üçün təbliğat-təşviqat mərhələsinə start verilib.

Sherg.az bildirir ki, Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub ki, təşviqat kampaniyası yanvarın 17-də start götürür. Seçkilərin təşviqat mərhələsi fevralın 8-i saat 08:00 kimi davam edəcək. 

Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.