Bakıda ağır qəza: Məktəblilər xəsarət aldı

Bakıda sərnişin avtobusu qəzaya düşüb. 

Hadisə Xəzər rayonunda qeydə alınıb. 

“Aişə” MMC-yə məxsus 107 saylı marşrut xətti üzrə hərəkət edən “Daewo” markalı avtobusla orta məktəb şagirdlərini daşıyan “Mercedes” markalı mikroavtobus toqquşub. 

Qəza zamanı “Mercedes”də olan, 322 saylı orta məktəbin şagirdləri - 2007-ci il təvəllüdlü Məcdinov Nihad Elçin oğlu, 2007-ci il təvəllüdlü Məmmədova Fatimə İlqar qızı müxtəif dərəcəli xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına, 2004-cü il təvəllüdlü Nəcəfova Fəridə Zahir qızı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 2002-ci il təvəllüdlü Hüseynli Sevil Habil qızı isə 10 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıb.