AŞPA nümayəndə heyəti seçkiqabağı vəziyyəti öyrənəcək: Azərbaycana gəlirlər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində seçki kampaniyası və siyasi mühiti qiymətləndirmək üçün Azərbaycana səfər edəcək.

Təşkilatın saytında səfərin yanvarın 22-23-də baş tutacağı qeyd olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisin Sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, parlament və parlamentdən kənar siyasi partiyaların rəhbərləri və nümayəndələri ilə görüşlər keçirəcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvləri, həmçinin media, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyət nümayəndələri ilə də müzakirələr aparılacaq.  Nümayəndə heyətinin səfərin sonunda bəyanat yayması gözlənilir. Seçkiləri izləmək üçün isə nümayəndə heyətinin tam heyətlə fevralın 7-də Azərbaycana gəlməsi planlaşdırılır.