Azərbaycanda ilk: “Facebook” ARB telekanalının rəsmi səhifəsini təsdiqlədi

ARB TV-nin rəsmi səhifəsi “Facebook” tərəfindən təsdiqlənib.

Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli məlumat verib.

O bildirib ki, televiziya kanalları içərisində bu bir ilkdir:

“Facebook” tərəfindən ilk təsdiqlənən televiziya olduğumuz üçün qürur hissi keçiririk. Qısa müddət ərzində biz bunu bacardıq. Bizi izləyən, bizə dəyər verən hər kəsə təşəkkürlərimizi bildiririk”.