“Sovetski”də 8 milyona torpaq satılır - FOTO

Yasamal rayonunda “Sovetski” deyilən ərazidə 8 milyona torpaq sahəsi satılır.

Yenisabah.az xəbər verir ki, bu barədə elan agent.shop.az saytında yerləşdirilib.

Elanda qeyd edilir ki, torpağın sahəsi 20 sotdur. 1 sotun qiyməti 408 min manatdır.

Torpaq sahəsinin kimə məxsus olduğu bəlli deyil. Elanı yerləşdirən isə vasitəçidir.  Bildirilir ki, torpaq sahəsinin çıxarışı da var.