Ukraynada deputatın mandatı əlindən alındı: Fahişə ilə yazışdığına görə

Ukrayna Radasının Xarici Siyasət Komitəsinin rəhbəri Boqdan Yaremenkonun parlamentin iclası zamanı yüngül həyat tərzi sürən qadınla yazışması qalmaqala səbəb olub və onun deputat mandatı əlindən alınıb.

“RİA Novosti” məlumat verir ki, 317 nəfər həmkarı Boqdan Yaremenkonun deputat səlahiyyətlərinin əlindən alınmasına müsbət səs verib.

Parlamentin Xarici Siyasət Komitəsinə yeni rəhbər “Xalqın xidmətçisi” partiyasından olan Aleksandr Merejko təyin edilib.

Boqdan Yaremenko parlamentin iclası zamanı qızla yazışarkən yaxalanıb. Jurnalistlər onun pul qarşılığında yüngül həyat tərzi sürən qadınla yazışdığı smartfonun şəklini çəkiblər.