Medvedev öz istefasını şərh edib: "Hər şey..."

Rusiyanın sabiq Baş naziri Dmitri Medvedev hökumətin istefaya getməsində xüsusi bir heç nə görmür. Onun sözlərinə görə, bu cür dəyişikliklər istənilən ölkələr üçün təbiidir. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Medvedev vurğulayıb ki, hökumətin dəyişikliyi ölkədə başqa bir dəyişikliyi - "konstitusiya və ya hansısa bir başqa" işarə edir.

Sabiq baş nazir həmçinin ümid edib ki, yeni hökumət formalaşdıqdan sonra hər şey "lazımı qayda da" gedəcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təsdiqlənməsi barədə Sərəncam imzalayıb.

Sabiq Baş Nazir Dmitri Medvedev isə Putinin əmrilə yeni yaradılan Təhlükəsizlik Şurası sədrinin köməkçisi vəzifəsinə təyin olunub.

Bu barədə sərəncam Kremlin saytında dərc olunub.

Bu gün Rusiya Dövlət Duması ölkə prezidentinə Mixail Mişustinin Rusiya Baş Naziri təyin olunmasına razılıq verib. Mişustinin namizədliyinin lehinə 383 deputat (85,1%) səs verib, onun əleyhinə isə heç bir deputat səs verməyib. 41 deputat isə səsvermədə bitərəf qalıb. Ümumilikdə Dövlət Dumasında keçirilən səsvermədə 424 (94,2%) deputat iştirak edib.