Bakı metrosunda quraşdırılan generatorlar istismara hazırdır

Bakı metropolitenində yaradılan dizel stansiyaları artıq tam hazır vəziyyətdədir.

“Bakı Metrpoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu barədə məlumat verib.

Onun sözlərinə görə, metropolitenin alternativ enerji üçün yaratdığı dizel stansiyaları istismara tam hazır vəziyyətdədir və “Azərenerji” ASC-nin yarımstansiyalarında generatorlar artııq quraşdırılıb:

“10 yarımstansiyada 17 dizel generatoru quraşdırılıb. Artıq tam olaraq generatorlar istifadəyə hazırdır, xəttə qoşulub. Əgər metro stansiyalarına verilən yüksək gərginlikli elektrik enerjisi hansısa halda dayandırılarsa, generatorlar dərhal işə düşəcək və qatarlar sərnişinləri tam təhlükəsiz tuneldən çıxarılacaq”.

B.Məmmədov bildirib ki, hazırda stansiyalarda dizayn işləri görülür. Yaxın vaxtlarda, daha doğrusu, fevral ayında stansiyaların təqdimatı keçiriləcək.