Ağlasığmaz hadisə: Azyaşlılar valideyn olacaqlar

Rusiyanın Sibir əyalətinin Krosnoyarsk şəhərində 10 yaşlı bir oğlanın ata, 13 yaşlı bir qızın isə ana olacağı iddia olunub. Xarici media xəbər verir ki, iddialarda qızın 7 həftəlik hamilə olduğu bildirilib.

Məlumata görə, məxfilik səbəbindən adları çəkilməyən oğlanın dördüncü, qızın isə yeddinci sinifdə olduğu vurğulanıb.

Rusiya mətbuatının yaydığı açıqlamada, uşaqların sosial media hesablarında yer alan “ailə vəziyyəti” bölməsini, “birlikdə yaşadığı biri var” bölməsi olaraq dəyişdirdikləri bildirilib.

Övladlarının hamilə olduğundan məmnun qaldığı deyilən ailənin yerli hakimiyyət orqanları tərəfindən araşdırıldığı məlum olub. Özündən başqa 3 və 5 yaşlarında iki qardaşı olan qızın anasının ölümcül xərçəng xəstəsi olduğu bildirilir. 

Qızın təhsil aldığı məktəbdən verilən açıqlamada hadisənin nəzarətə götürüldüyü və hamilə olan şagird üçün lazım olan bütün yardımların ediləcəyi deyilib.

Bəzi xəbərlərdə isə 13 yaşlı qızın başqa uşaqlardan hamilə qalma ehtimalı da iddia edilir.