Ərdoğan: “Xəlifə Haftar etibarlı adam deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftarın Liviya Milli Razılıq hökuməti ilə sülh müqaviləsi imzalamağa hazır olması barədə açıqlamasına münasibət bildirib.

“Report” xəbər verir ki, R.T.Ərdoğan marşal X.Haftarın etibarlı adam olmadığını söyləyib.

“Hər şey Berlində məlum olacaq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.