Gəncədə “Niva” ağaca çırpıldı: Ölən və yaralanan var

Gəncə şəhərində yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin Eminbəyli və Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb. Nəticədə sürücü, 2004-cu il təvəllüdlü Şahin Pərviz oğlu Hacıyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha bir nəfər - 2003-cü il təvəllüdlü Hüseyn Elnur oğlu Yunisli isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.