İstanbulda uşaqlı analar üçün gediş haqqı ləğv edildi

İstanbulda 5 yaşa qədər uşaqlar və anaları üçün ictimai nəqliyyat pulsuz olub.

Axar.az xəbər verir ki, bu barədə İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu çıxışında deyib.

“İstanbulda 5 yaşa qədər 1 milyon 160 min uşağımızın analarının pulsuz gediş kartı əldə etməsi qərarı bələdiyyə məclisi tərəfindən yekdilliklə qəbul edilib”, - İmamoğlu bildirib.