"Sovetski"də söküntü işləri dayandırılıdı - Sakinlər İcra Hakimiyyətinə dəvət edildilər

"Sovetski" ərazisində söküntü işləri dayandırılıb. Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sakinlər görüşə dəvət ediliblər.

Qeyd edək ki, dünən "Sovetski" ərazisində 24 ailənin yaşadığı evlərin söküntü işlərinə başlanılmışdı. Bakının Yasamal rayonu, "Sovetski" adlanan ərazisinin sakinləri buna etiraz ediblər. Köçürmə işləri aparılan ərazidə sakinlərin tələbi - onlara bazar qiymətinə uyğun kompensasiyanın verilməsidir. Həmin ailələrin yaşadığı evlər 19-cu əsrin sonlarında tikilib. Sakinlər evin hər kvadratmetrinə 1500 manat məbləğində təzminatın ödənilməsinə qarşıdırlar. Onlar bu vəsaitlə mənzil ala bilməyəcəklərini deyirlər.

Bildirək ki, "Sovetski"də qəzalı vəziyyətə düşmüş köhnə evlərin sakinləri mərhələli şəkildə köçürülürlər, ərazi abadlaşdırılır.