Yük maşını 78 yaşlı qadının üzərindən keçdi

Rusiyanın Çuvaşiya Respublikasının Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti paytaxt Çeboksarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayımlayıb.

Vesti.ru”məlumat verir ki, “Qazel” markalı yük avtomobilini idarə edən sürücü nəqliyyat vasitəsini geriyə doğru hərəkət etdirən zaman yoldan keçən yaşlı qadının üzərindən keçib. 

Hadisə nəticə ciddi xəsarət alan 78 yaşlı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.