Məhəmməd Əlidən ABŞ və İrana: Müdaxilə olmamalıdır...

İraq dövlətinin suverenliyinə hörmət edilməli və ona müdaxilə edilməməlidir.

Axar.az xəbər verir ki, bunu İraq Xarici İşlər nazirinin səlahiyyətlərini icra edən Məhəmməd Əli Hakim deyib. O bildirib ki, İraq torpaqları heç vaxt müharibə və qarşıdurma ərazisinə çevrilməyəcək:

"İran və ABŞ artıq Bağdadın mövqeyindən xəbərdardır. Ölkəmiz regional müharibələrə qarışmadan bitərəf dövlət olmağı seçir".