Dünyanı yeni “Böyük depressiya” gözləyir - BVF

Bərabərsizliyin artması yeni “Böyük depressiya”ya gətirib çıxaracaq. Axar.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva deyib. O, son 20 ildə ölkələrdəki fərqli əhali qrupları arasında qeyri-bərabərliyin fərq ediləcək qədər artdığını bildirib.

Georgiyeva Britaniyadakı situasiyanı misal gətirərək, Britaniya əhalisinin 10%-nin kasıb əhalinin yarısının ümumi əmlakından daha çox sərvətə nəzarət etdiyini söyləyib. O, analoji situasiyanın AB, Fransa, Almaniya, ABŞ, Avstraliya, Yaponiya, Cənubi Koreya və digər ölkələrdə də müşahidə edildiyini deyib.

BVF rəhbərinin sözlərinə görə, bu vəziyyət iqtisadi artıma mane olur, populizm və siyasi qeyri-stabilliyi qidalandırır:

“Bu narahatverici trend müəyyən mənada XX əsrin əvvəlində baş verənləri xatırladır. Hazırda situasiya iqlim böhranı və prosteksionizmin güclənməsiylə çətinləşir. Nəticədə yaxın onillikdə dayanıqsız maliyyə bazarı və sosial təlatümlər ehtimalı yüksəkdir”.