Tiflis ABŞ-ın keçirdiyi sorğunu tənqid etdi

Gürcüstanda ictimai fikrin tədqiqatı siyasi prosesin bir hissəsidir.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri Georgi Qaxariya ABŞ Milli Demokratiya İnstitutunun sorğusunu şərh edərkən deyib.

"Açığını desəm, fərqli tədqiqatlar müəyyən analiz üçün əsas olmaq yerinə, siyasi prosesin bir hissəsinə çevriliblər. Ona görə də mən bu tədqiqatlarla bağlı heç nə deyə bilmərəm", - deyə o bildirib.

Qeyd edək ki, Milli Demokratiya İnstitutunun keçirdiyi sorğuya əsasən, Gürcüstanda demokratiyanın keyfiyyətindən narazı olanların sayı rekord həddə çatıb. Hökumətdən narazıların da sayı maksimuma yüksəlib.