Hindistan nəhəng layihədən imtina etdi

Hindistanın Maxaraştra ştatının hökuməti “Hyperloop” yüksəksürətli magistral layihəsini reallaşdırmaqdan imtina edib.

Axar.az xəbər verir ki, bu barədə ştat rəhbərinin müavini Adcit Pavar deyib.

“Bizim “Hyperloop”u təcrübədən keçirmək imkanımız yoxdur. Biz digər növ nəqliyyata diqqətimizi yönəltmişik. Əgər bu texnologiya uğurla xaricdə sınaqdan keçirilsə, biz bunun barəsində yenidən düşünə bilərik”, - deyə o bildirib.

Qeyd edək ki, “Hyperloop” layihəsi 2012-ci ildə İlon Mask tərəfindən təqdim olunub. Hindistan onun öz ərazisində reallaşdırılmasına 2018-ci ildə izn verib.